Bu gün Peruda prezident seçkiləri keçiriləcək

Bu gün Peruda prezident seçkiləri keçiriləcək Bu gün Peruda prezident seçkilərinin ikinci turunda səsvermələr keçiriləcək.
Digər ölkələr
6 İyun , 2021 03:20
Bu gün Peruda prezident seçkiləri keçiriləcək
Keyko Fuximori

Bu gün Peruda prezident seçkilərinin ikinci turunda səsvermələr keçiriləcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Ölkə seçiciləri "Xalq gücü" sağ partiyasından Keyko Fuximori və sol radikal "Azad Peru" partiyasının nümayəndəsi Pedro Kastilyo arasında seçim etməlidirlər.

Seçkilərdən bir həftə əvvəl keçirilmiş sosioloji sorğulara əsasən paytaxt Limada seçicilərin 2/3-dən çoxu ölkənin keçmiş diktatoru Alberto Fuximorinin qızı Keyko Fuximoriyə səs vermək niyyətindədir. Seçicilərin demək olar, 1/3-i isə solların namizədini dəstəkləmək niyyətindədir. Regionlarda vəziyyət bunun tam əksidir: respondentərin 60,8%-i Kastilyoya üstünlük verirlər.

Peruda 70 yaşa qədər seçicilərə səsvermədə iştirak məcburi xarakter daşıyır. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 16:00) açılacaq və yerli vaxtla saat 19:00-da (bazar ertəsi, Bakı vaxtı ilə saat 04:00-da) səsverməni başa çatdıracaq. Seçkilərin ikinci turunun gedişini 15 xarici nümayəndə heyəti müşahidə edəcək. Seçki günündə təhlükəsizliyi polisdən başqa, 60 mindən çox hərbi qulluqçu təmin edəcək.

Son xəbərlər

Orphus sistemi