Bu gün növbəti ABŞ-Çin ticarət danışıqları keçiriləcək
- 18 iyun, 2019
- 20:36
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-la Çin arasında ticarət danışıqlarının növbəti mərhələsi bu gün keçiriləcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O, qeyd edib ki, iyunun 19-da iki ölkənin nümayəndələri danışıqların növbəti mərhələsinə başlayacaqlar.
"Sabah (iyunun 19-da) bizim komandalar danışıqlara (ticarət -red) başlayacaqlar. Görək nə olacaq. Çin sazişi imzalamaq istəyir, biz sazişi imzalamaq istəyirik, amma saziş bütün tərəflər üçün yaxşı olmalıdır", - deyə dövlət başçısı bildirib.
Daha əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon söhbəti zamanı iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşməyə hazır olduğunu bildirib.