Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək

Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək Seçici səsləri uğrunda 42 partiya mübarizə aparacaq
Digər ölkələr
24 Sentyabr , 2017 08:55
Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Almaniya parlamenti - Bundestaqa yerlər uğrunda seçkilər keçiriləcək. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, seçkilərin nəticəsində yeni hökumət formalaşacaq, yeni kansler təyin ediləcək.

Hazırkı kansler, XDİ/XSİ partiyasının sədri Angela Merkel yenidən bu postu tutmağa ən real namizəd sayılır.

Seçkilərdə 61.5 milyon almaniyalı iştirak edəcək. Onlardan üçdə biri poçt vasitəsi ilə səsvermə hüququndan istifadə edəcək. Seçici səsləri uğrunda 42 partiya mübarizə aparacaq. 

Səsvermə məntəqələri səhər saat 08:00-dan 18:00-dək açıq olacaq. (Bakı vaxtı ilə saat 10:00-dan 20:00-dək).

Son xəbərlər

Orphus sistemi