Britaniyalılar "Avropa Birliyi" sözləri qeyd olunmayan pasportlarını almağa başlayıb

Digər ölkələr
  • 06 aprel, 2019
  • 01:40
Britaniyalılar Avropa Birliyi sözləri qeyd olunmayan pasportlarını almağa başlayıb

Britaniya vətəndaşları Avropa Birliyindən hələki çıxmamasına baxmayaraq, "Avropa İttifaqı" sözləri əks olunmayan pasportlarını almağa başlayıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın Daxili İşlər Nazirliyindən "Press Association" agentliyinə bildirilib.

Qeyd olunub ki, pasportların verilməsi artıq martın 30-dan başlayıb. 

Digər bir məlumata görə, 2019-cu ilin oktyabrından etibarən, Britaniya pasportları ilə bağlı digər bir dəyişiklik də gözlənilir. Belə ki, AB ölkələri arasında qəbul edilən pasportun rəngi tünd qırmızıdan göy rəngə dəyişdiriləcək.

44 filmi