Britaniyalı nazir: "Rusiya sərhəddəki gərginliyi aylarla uzada bilər"
Digər ölkələr
- 17 fevral, 2022
- 13:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya xarici işlər naziri Elizabet Trass Ukraynanı Rusiyanın hərbi qüvvələrini sərhəddən geri çəkməsilə bağlı bəyanatına arxayınlaşmamağa çağırıb.
“Report” “The Telegraph”a istinadən xəbər verir ki, nazir yazısında Rusiyanın Ukrayna sərhədindəki gərginliyi aylarla uzatmaqla Qərbin səbrini yoxlamaq taktikasına əl ata biləcəyi fikrini irəli sürüb.
“Rusiyanın bəzi hərbi birləşmələrinin daimi yerlərinə qaytarılmasına dair iddiasına arxayınlaşmamalıyıq” – deyə qeyd edən nazir Rusiya ordusunun Ukrayna sərhədlərindən geri çəkilməsinə dair dəlil olmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden fevralın 15-də Rusiyanın Ukrayna sərhədinə 150 mindən artıq hərbçi topladığını açıqlayıb.
Son xəbərlər
21:27
Foto
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Mədəniyyət
21:22
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Region
21:16
Foto
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Biznes
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region