Britaniyalı müşavir: "Çin və ya Rusiya ilə nüvə münaqişəsi riski artır”

Britaniyalı müşavir: "Çin və ya Rusiya ilə nüvə münaqişəsi riski artır” “Qərbin əlaqələr kəsildiyindən Çin və Rusiya ilə nüvə münaqişəsi riski artır”.
Digər ölkələr
28 İyul , 2022 12:08
Britaniyalı müşavir: Çin və ya Rusiya ilə nüvə münaqişəsi riski artır”

“Qərbin əlaqələri kəsdiyindən Çin və Rusiya ilə nüvə münaqişəsi riski artır”.

“Report” xarici KİV-ə istinadən verir ki, bunu Böyük Britaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrouv ABŞ paytaxtı Vaşinqtondakı çıxışında bildirib.

Onun sözlərinə görə, NATO ilə keçmiş SSRİ soyuq müharibə zamanında nüvə münaqişəsinə dair ümumi razılığa gəlmiş və doktrina imzalamışdılar: “Bu gün belə razılaşma yoxdur. Doktrina Moskva və Pekində - hələ Pxenyan və Tehranı demirəm - şəffaf deyil. Soyuq müharibə illərində sovetlərin doktrinasına baxışımızı yaxşılaşdıran bir sıra danışıqları udduq. Bu, nüvə müharibəsi ilə bağlı səhv hesablama aparmayacağımız üçün tərəflərə daha yüksək səviyyəli əminlik verdi”.

Lavqrouv hesab edir ki, Rusiya və Çinlə əlaqələrin pisləşməsi strateji münaqişələrin gərginləşməsi riskini və müharibənin başlaması ehtimalını artırır.

Son xəbərlər

Orphus sistemi