Britaniyada Mühafizəkarlar Partiyası parlament seçkilərində liderlik edir

Britaniyada Mühafizəkarlar Partiyası parlament seçkilərində liderlik edir Növbədənkənar seçkilərin nəticələri iyunun 9-u günün ikinci yarısında açıqlanacaq
Digər ölkələr
9 İyun , 2017 02:27
Britaniyada Mühafizəkarlar Partiyası parlament seçkilərində liderlik edir

Bakı. 9 iyun. REPORT.AZ/ Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində, "exit poll"un nəticələrinə görə, İcmalar Palatasında əksəriyyəti itirməklə Mühafizəkarlar Partiyası liderlik edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir Tereza Meyin rəhbərlik etdiyi Tori (Siyasi partiya) parlamentdə 314, Viqi isə 266 yer almaqdadır.

Krallıqda seçki məntəqələri Bakı vaxtı ilə 01:00-da bağlanıb. Səslərin hesablanması bütün gecə boyu davam edəcək, nəticələr iyunun 9-u günün ikinci yarısında açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi