Britaniyada koronavirusun daha bir növü aşkarlanıb

Britaniyada koronavirusun daha bir növü aşkarlanıb Böyük Britaniyada COVID-19-un mutasiyaya uğramış yeni ştammı aşkar edilib
Digər ölkələr
16 Fevral , 2021 03:38
Britaniyada koronavirusun daha bir növü aşkarlanıb

Edinburq Universitetinin tədqiqatçıları Böyük Britaniyada COVID-19-un mutasiyaya uğramış yeni ştammını aşkar ediblər.

“Report”un məlumatına görə, bu barədə Şotlandiya alimlərinə istinadən “The Guardian” nəşri xəbər verib.

COVID-19-un Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni ştammı dünyanın artıq 10 ölkəsində yayılıb.

B1525 adlanan variant Danimarka (35 yoluxma halı), İngiltərə (32), Nigeriya (12), ABŞ (7), Fransa (5), Qana (4), Avstraliya (2), Kanada (2), İordaniya (2) və İspaniyadan (1) olan virus nümunələrinin yoxlanılması zamanı müəyyən edilib.

Tədqiqatçılar bildirib ki, yeni variant koronavirusun İngiltərədə geniş yayılan E484K mutasiyasından fərqlənir.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş E484K növü ötən ilin dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi