Britaniyada koronavirusa yoluxanların sayı 300 minə çatır

Britaniyada koronavirusa yoluxanların sayı 300 minə çatır Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 202 nəfər artıb.
Digər ölkələr
12 İyun , 2020 17:41
Britaniyada koronavirusa yoluxanların sayı 300 minə çatır

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 202 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 41 481 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 1 541 nəfər artaraq 292 950 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,6 milyonu ötüb. Bunların 3,8 milyon nəfərdən çoxu sağalıb, 424 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi