Britaniyada koronavirus qurbanlarının sayı 40 mini ötdü

Britaniyada koronavirus qurbanlarının sayı 40 mini ötdü Britaniyada son gün ərzində koronavirusdan 357 nəfər ölüb.
Digər ölkələr
5 İyun , 2020 23:51
Britaniyada koronavirus qurbanlarının sayı 40 mini ötdü

Britaniyada son gün ərzində koronavirusdan 357 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 40 261 nəfərə çatıb.

Qeyd edilir ki, ötən gün ərzidnə ölkədə virusa 1 650 yoluxma qeydə alınıb. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 283 311 nəfərə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi