Britaniyada iki nəfəri odlu silahla yaralayan şəxs saxlanılıb - YENİLƏNİB

Digər ölkələr
  • 17 mart, 2018
  • 01:08
Britaniyada iki nəfəri odlu silahla yaralayan şəxs saxlanılıb - YENİLƏNİB

Bakı. 17 mart. REPORT.AZ/ Britaniyada hamilə qadına və daha bir nəfərə atəş açaraq onları yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 

Bildirilir ki, polis onu hadisədən 2 saat sonra saxlayıb. Hazırda həkimlər vəziyyəti ağır olan hamilə qadını xilas etməyə çalışırlar.

Nəşrin mənbəyinin məlumatına görə atəş açan şəxs qadının sevgilisi olub. Onun yaraladığı şəxs isə zərərçəkənin əridir.


***03:05

Britaniyada atışma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə Xorşem şəhərində baş verib. İnsident zamanı 1 nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Polis hadisəni törədən silahlının axtarışına başlayıb. Asayiş keşikçiləri hadisəni terror aktı ilə əlaqələndirmirlər.

"Sun" qəzetinin məlumatına görə, xəsarət alan hamilə qadındır. Onun vəziyyəti ağırdır.

44 filmi