Böyük Britaniyanın Baş naziri Keir Starmer hökumətin ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunu sərtləşdirməyi planlaşdırdığını təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə Baş nazir "Sky News" telekanalının efirində bildirib.
"Biz səhiyyə sisteminin və vergi ödəyicilərinin yükünü azaltmaq üçün hərəkətə keçməli olduq", - Starmer deyib.
O əlavə edib ki, Böyük Britaniyada hər il 80 mindən çox insan siqaretin yaratdığı fəsadlar nəticəsində ölür.
Daha əvvəl “The Sun” qəzeti siqaret qadağasının açıq havada olan restoranlara və stadionlarının ətrafına şamil ediləcəyini bildirmişdi. Nəşrə görə, gecə klubları, universitetlər, xəstəxanalar və uşaq meydançalarının yaxınlığında da siqaret çəkmək qadağan ediləcək.