Britaniyada bir gündə 653 nəfər COVID-19-a yoluxub

Britaniyada bir gündə 653 nəfər COVID-19-a yoluxub Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 43 081 nəfərə çatıb.
Digər ölkələr
25 İyun , 2020 00:05
Britaniyada bir gündə 653 nəfər COVID-19-a yoluxub

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 43 081 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 154 nəfər artıb.

Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 653-dür. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 306 862-yə çatıb.

Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 171 nəfər təşkil edib, 874 nəfər COVID-19-a yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi