Britaniyada baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb

Britaniyada baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb Bakı. 1 mart. REPORT.AZ/ Britaniyanın hüquq-mühafizə orqanları Lesterdə üçmərtəbəli evdə baş vermiş yanğın və partlayış hadisəsi ilə bağlı 3 nəfəri saxlayıb.
Digər ölkələr
1 Mart , 2018 01:45
Britaniyada baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb
Associated Press

Bakı. 1 mart. REPORT.AZ/ Britaniyanın hüquq-mühafizə orqanları Lesterdə üçmərtəbəli evdə baş vermiş yanğın və partlayış hadisəsi ilə bağlı 3 nəfəri saxlayıb.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, saxlanılanlar sorğu-sual olunurlar. Xatırladaq ki, hadisə fevralın 25-də baş verib. Hadisə zamanı 5 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Binada yanğının və partlayışın səbəbləri hələ müəyyənləşdirilməyib. Binanın birinci mərtəbəsində ərzaq mağazası fəaliyyət göstərib. Digər iki mərtəbədə isə mənzil yerləşib.

Son xəbərlər

Orphus sistemi