Britaniyada Baş nazir vəzifəsinə namizəd vergi islahatları keçirəcəyini bəyan edib

Digər ölkələr
  • 01 avqust, 2022
  • 10:11
Britaniyada Baş nazir vəzifəsinə namizəd vergi islahatları keçirəcəyini bəyan edib
Rişi Sunak

Böyük Britaniyanın Baş naziri vəzifəsinə namizəd Rişi Sunak vergi sistemində islahatlar aparmaq və gəlir vergisində son 30 ilin ən böyük azalmasını həyata keçirmək niyyətində olduğunu bəyan edib.

“Report” xəbər verir ki, bu barədə o, tviterdə yazıb.

“Bu gün radikal vergi islahatları, o cümlədən gəlir vergisinin son 30 ildə ən böyük azalması ilə bağlı baxışlarımı açıqladım”, - o yazıb.

R.Sunak bildirib ki, Baş nazir vəzifəsinə seçiləcəyi təqdirdə islahatları 3 il ərzində həyata keçirməyi planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti