Britaniyada arıların hücumuna görə küçələrə çıxmaq təhlükəlidir

Britaniyada arıların hücumuna görə küçələrə çıxmaq təhlükəlidir Böyük Britaniya nəhəng, “sərxoş” alman arılarının basqınına məruz qalıb.
Digər ölkələr
5 Sentyabr , 2020 08:18
Britaniyada arıların hücumuna görə küçələrə çıxmaq təhlükəlidir

Böyük Britaniya nəhəng, “sərxoş” alman arılarının basqınına məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Star” yazır.

Qeyd edilir ki, həşəratlar son dərəcə aqressivdir və heç bir səbəb olmadan insanlara hücum edirlər.

Ekspertlərin fikrincə, təhlükəli arıların meydana çıxması isti yay mövsümü və onların qidalandığı meyvələrin bolluğu ilə əlaqədardır. Nəticədə həşəratlar "çox içki içirlər" və daha çox narahat, aqressiv olurlar.

Zərərvericilərə qarşı mübarizə şirkətlərindən birinin rəhbəri Pol Beytsin sözlərinə görə, indi həşəratların fəaliyyətinin pik zirvəsi başlayır, çünki dişi arılar yumurtlamağı başa çatdırıblar və eşşək arıları pətəkdən çıxmağa başlayıblar. Onlar artıq "şah” arıya qulluq etməli deyillər.

O, britaniyalıları küçələrdə ehtiyatlı olmağa çağırıb. Pol Beyts qeyd edib ki, xüsusilə piknik – təbiət qoynunda gəzinti zamanı ehtiyatlı olmaq, həşəratlarla qarşılaşan vaxt əlləri yelləməmək lazımdır, bu, əks təqdirdə insanları arıların hədəfi olmaq şansını artırır.

Son xəbərlər

Orphus sistemi