"Report" BBC-yə istinadən xəbər verir ki, bu rəqəmin əvvəl güman edilən rəqəmdən xeyli çoxdur.
"Müasir qul" deyəndə britaniyalı rəsmilər bu kateqoriyaya fahişəliklə məşqul olmağa məcbur edilən qadınları, evdən bayıra ayaq basmağa icazə verilməyən qadınları, borc asılılığına düşmüş insanları, fabrik, tarla, balıqçılıq gəmilərində ucuz işçi qüvvəsi kimi istismar olunanları aid edirlər.
Britaniya DİN rəsmilərinin sözlərinə görə, İngiltərədə kölə şəraitində yaşayan Albaniya, Nigeriya, Vyetnam və Rumıniya kimi dünyanın 100-dən çox ölkəsinin vətəndaşları ilə yanaşı Britaniyada doğulmuş uşaq yaşından tutmuş böyüklərədək insanlar arasında da qul kimi istismar olunanları var.
Ötən il Britaniya rəsmiləri ölkədə qul vəziyyətinə düşmüş insanların sayının 2744 nəfər olduğunu bildirmişdilər.
Britaniyada köləlik qurbanlarının sayı polis, sərhəd agentlikləri və xeyriyyə təşkilatlarından alınan məlumatlar əsasında hesablanır.