Böyük Britaniyanın Baş naziri Rişi Sunak və onun avstraliyalı həmkarı Entoni Albaneze martın ortalarında Vaşinqtona səfər etməyi və üçtərəfli AUKUS formatı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə planları müzakirəyə çıxarmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, səfər zamanı üç dövlətin liderinin Avstraliyanın dizel yanacağı ilə işləyən “Collins” sualtı qayıqlarını əvəz etmək üçün hansı sualtı qayıq layihəsinin seçildiyini açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Avstraliya, Böyük Britaniya və ABŞ 2021-ci ildə təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq (AUKUS) yaratdıqlarını bildiriblər.
Müqavilə çərçivəsində Avstriya ABŞ texnologiyalarının köməyi ilə azı 8 ədəd nüvə başlıqlı sualtı qayıq inşa etməyi, həmçinin silahlı qüvvələrini ABŞ istehsalı olan qanadlı raketlərlə yenidən təchiz etməyi planlaşdırır. Çin hesab edir ki, AUKUS-un fəaliyyəti bölgədə rəsmi Pekinin dayandırılması məqsədi daşıyır.