“Britaniya ştammı” Yaponiyada

“Britaniya ştammı” Yaponiyada Yaponiya hökuməti bu həftə Böyük Britaniyadan təyyarə ilə ölkəyə gələn beş nəfərdə COVID-19 infeksiyasının yeni ştammının olduğunu təsdiq edib.
Digər ölkələr
26 Dekabr , 2020 04:26
“Britaniya ştammı” Yaponiyada

Yaponiya hökuməti bu həftə Böyük Britaniyadan təyyarə ilə ölkəyə gələn beş nəfərdə COVID-19 infeksiyasının yeni ştammının olduğunu təsdiq edib.

“Report”un məlumatına görə, bu barədə “NHK TV” ölkənin Səhiyyə naziri Norihis Tamurun açıqlamalarına istinad xəbər verib.

Nazir bildirib ki, yoluxmuş bütün insanlar 21 dekabrda Yaponiyaya qayıdıb. Onlardan üçü Osakadaki Kansay Beynəlxalq Hava Limanından, ikisi də Tokionun Haneda Hava Limanından ölkəyə daxil olub.

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni növünün aşkarlanması barədə bildirib. Yeni ştam Londonda, həmçinin İngiltərənin cənub-şərqində yayılmağa başlayıb.

Bir neçə gün sonra - dekabrın 23-də Britaniyada Cənubi-Afrika Respublikasından gələn bir nəfərdə koronavirusun daha bir yeni növünün üzə çıxarılması haqqında bildiriblər.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Son xəbərlər

Orphus sistemi