Britaniya səfiri Kiyevə qayıdıb

Digər ölkələr
  • 29 aprel, 2022
  • 19:30
Britaniya səfiri Kiyevə qayıdıb

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Kiyevə qayıtdığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə səfir tviter hesabında bildirib.

"Uzun səfər idi, lakin buna dəyər. Kiyevə qayıtmaq çox gözəldir", - Simmons yazıb.

Bununla da səfirlik adi qaydada fəaliyyətini bərpa edib.

Səfirlik fevralın ortalarında boşaldılandan sonra Britaniya diplomatları Ukraynadakı mövcudluğunu davam etdiriblər. Nümayəndə heyəti Lvovda işləyirdi, lakin konsulluq xidməti göstərmirdi.

Son xəbərlər

Bütün Xəbər Lenti