Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb
Digər ölkələr
- 17 dekabr, 2018
- 17:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.
“Səsverməöncəsi müzakirələrə yanvarın 7-də qayıdacağımızı, bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm”, - deyə hökumət başçısı qeyd edib.
Xatırladaq ki, ilkin olaraq dekabrın 11-nə təyin edilən səsvermə noyabrın 25-də Avropa İttifaqı ilə razılaşdırılan sazişin İcmalar palatası tərəfindən narazılıqla qarşılanması səbəbindən təxirə salınmışdı.
Son xəbərlər
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
20:00
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Maliyyə
19:46
Foto
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Mədəniyyət siyasəti
19:44
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirib
Komanda
19:42
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
Turizm
19:42
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Mədəniyyət siyasəti
19:31
Famil Xəlilov: Azərbaycan millisi növbəti oyunlarda qələbələr qazanaraq təcrübəsini artıracaq
Futbol