Britaniya parlamenti Brexit üzrə 4 layihədən heç birini qəbul etməyib

Digər ölkələr
  • 01 aprel, 2019
  • 22:07
Britaniya parlamenti Brexit üzrə 4 layihədən heç birini qəbul etməyib

Böyük Britaniya parlamenti yenidən Brexit üzrə 4 layihədən heç birini qəbul etməyib.

"Report" xəbər verir ki, parlamentarilər Avropa İttifaqı ilə yeni gömrük ittifaqının yaradılması, ölkənin Avropa İqtisadi Zonası və Avropa Azad Ticarət Assosiasiyasının tərkibində qalması, Brexit üzrə ikinci referendumun keçirilməsi və Lissabon müqaviləsinin 50-ci maddəsinin geri çəkilməsi ilə bağlı təkliflərin heç birini qəbul etməyib.

Qeyd edək ki, bundan öncə Böyük Britaniya parlamenti Brexit üzrə 8 layihədən heç birini qəbul etməmişdi.

44 filmi