Avropa İttifaqı Şurası “Brexit”lə bağlı razılaşmanı təsdiqləyib

Digər ölkələr
  • 30 yanvar, 2020
  • 13:55
Avropa İttifaqı Şurası “Brexit”lə bağlı razılaşmanı təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Böyük Britaniyanın bu təşkilatın üzvlüyündən çıxmasına dair razılaşmanı təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında bildirilir.

Beləliklə, Birləşmiş Krallıq yanvarın 31-i saat 24:00-da Aİ-ni tərk edəcək. Ertəsi gün - fevralın 1-dən üzv ölkələrin sayı 27 olacaq.