"Brexit"lə bağlı kampaniyanın sponsoru barəsində istintaq başlanılıb

"Brexit"lə bağlı kampaniyanın sponsoru barəsində istintaq başlanılıb Bakı. 1 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyi Brexitlə bağlı kampaniyanın əsas sponsoru olan iş adamı Aaron Banks barəsində araşdırmalara başlayıb.
Digər ölkələr
1 Noyabr , 2018 18:53
Brexitlə bağlı kampaniyanın sponsoru barəsində istintaq başlanılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyi "Brexit"lə bağlı kampaniyanın əsas sponsoru olan iş adamı Aaron Banks barəsində araşdırmalara başlayıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, istintaq seçki hüququ sahəsində ehtimal olunan qanun pozuntuları və bəzi əlaqədar pozuntularla bağlıdır.

Araşdırmalar həmçinin A.Banksın dəstəklədiyi “Better for the Country” (ölkə üçün ən yaxşısı) və “Campaign group Leave.EU” ("Brexit") kampaniyaları barəsində aparılır. 

İstintaq çərçivəsində A.Banks və ona məxsus sığorta şirkətləri tərəfindən sözügedən tədbirlərə müvafiq olaraq 2 milyon və 6 milyon funt-sterlinq maliyyə ayırmalarına dair ehtimallara aydınlıq gətirmək nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi