Braziliyada zavodda baş verən partlayışda 4 nəfər ölüb

Digər ölkələr
  • 16 oktyabr, 2019
  • 01:25
Braziliyada zavodda baş verən partlayışda 4 nəfər ölüb

Braziliyanın Boa-Vista şəhərində yerləşən qaz zavodunda baş verən partlayışda dörd nəfər ölüb.

“Report”un məlumata görə, bu barədə “G1” nəşri yazıb.

Qeyd olunub ki, partlayışda daha iki nəfər yaralanıb. Ölən şəxslər balonların doldurulması ilə məşğul olublar.

Polis yerli sakinlərin ən azı üç partlayış eşitdiyini söyləyib. Hadisənin səbəbi müəyyənləşdirilir.

44 filmi