Braziliyada türmədə dava zamanı 15 nəfər ölüb - VİDEO
- 27 may, 2019
- 03:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın Amazonas ştatında yerləşən həbsxanalardan birində dustaqlar arasında baş vermiş dava zamanı azı 15 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.
Bildirilir ki, hadisə Manaus şəhər həbsxanasında olub. Əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib və vəziyyət nəzarətə götürülüb.
Hazırda mümkün qaçış halları haqqında məlumat yoxdur.
Uma rebelião aconteceu neste domingo (26) no Complexo Penitenciário Anísio Jobim (Compaj), em #Manaus (AM). Segundo a Secretaria de Administração Penitenciária (Seap), o motim deixou mortos.
— CBN Amazônia (@cbnamazonia) May 26, 2019
Sintonize na #CBNAmazônia para mais informações
Vídeo: Reprodução/Internet #NoArNaCBN pic.twitter.com/qm0Pmcfbu2