Braziliyada qarətçilərlə polis arasında atışma olub, 12 nəfər ölüb
- 08 dekabr, 2018
- 03:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 dekabr. REPORT.AZ/ Braziliyada qarətçilərlə polis əməkdaşları arasında baş vermiş silahlı insident nəticəsində 12 nəfər həyatını itirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Seara ştatının kiçik Milaqris şəhərciyində qeydə alınıb.
Quldur dəstəsi şəhərin baş küçəsində yerləşən iki bankın bankomatlarını qarət etmək istəyib. Atışma nəticəsində 6 qarətçi və ikisi uşaq olmaqla 5 girov ölüb.
İlkin məlumatlara görə, 2 nəfər polis tərəfindən saxlanılıb. Qarətçilər pulları da götürərək iki furqon maşınla hadisə yerindən uzalaşıblar. Onlardan birinin meyiti qarətçilərin ərazidə qoyub getdikləri maşında aşkar edilib. Qanun keşikçiləri qaçan cinayətkarları vertolyotla axtarırlar.