Braziliyada pandemiyadan ölənlərin sayı 150 mini ötdü

Braziliyada pandemiyadan ölənlərin sayı 150 mini ötdü Braziliyada son sutka ərzində koronavirusa 26 749 yoluxma halı qeydə alınıb.
Digər ölkələr
11 Oktyabr , 2020 04:43
Braziliyada pandemiyadan ölənlərin sayı 150 mini ötdü

Braziliyada son sutka ərzində koronavirusa 26 749 yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə hökumətin saytı məlumat yayıb.

Həmçinin ötən sutka ərzində ölkədə 559 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

İndiyədək ümumilikdə 5 082 637 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4,4 milyon pasiyent müalicə olunaraq sağalıb, 150 198 nəfər vəfat edib.

Bu ölkə ən çox yoluxma sayına görə ABŞ və Hindistandan sonra üçüncü yerdədir. 

Son xəbərlər

Orphus sistemi