Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 867 mini ötüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ölkədə təhlükəli virusdan 43 mindən çox insan ölüb.
Son 24 saat ərzində infeksiyaya 17 110 yeni yoluxma və 612 ölüm qeydə alınıb. Ölüm faizi 5% təşkil edir. Bir gün əvvəl demək olar ki, 22 min yeni yoluxma və 892 ölüm haqqında bildirilirdi.
Səhiyyə Nazirliyinin məlumatına görə, virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 867 624-dür. Bütün vaxt ərzində koronavirusdan 43 332 pasiyent ölüb.
Qeyd edilir ki, virusa yoluxmuş 388 492 insan sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.