Braziliyada keçirilən prezident seçkilərində ultrasağçı namizəd qalib gəlib

Digər ölkələr
  • 29 oktyabr, 2018
  • 03:58
Braziliyada keçirilən prezident seçkilərində ultrasağçı namizəd qalib gəlib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Sosial Liberal Partiyasından ultrasağçı namizəd Jair Bolsonaru Braziliyada keçirilən prezident seçkilərində qalib gəlib.

“Report” xəbər verir ki, seçkilərin II turunda bülletenlərin 98,89%-nin hesablanmasından sonra o, 55,29% səs toplayıb.

Zəhmətkeşlər Partiyasından namizəd Fernandu Addad 44,71% səs toplayıb.

Bolsonaru I turda da liderlik edib. Prezident postuna ümumilikdə 13 namizəd iddia edib.

Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 86 faizi hesablanıb.