Braziliyada qaya turistlərin üzərinə aşıb, ölənlər və yaralananlar var

Braziliyada qaya turistlərin üzərinə aşıb, ölənlər və yaralananlar var Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığındakı qayanın turistlərin olduğu qayıqların üzərinə aşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb,
Digər ölkələr
9 Yanvar , 2022 01:50
Braziliyada qaya turistlərin üzərinə aşıb, ölənlər və yaralananlar var

Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığında qayanın turistlərin olduğu qayıqların üzərinə aşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb,

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xilasedicilərə istinadən xəbər verib. 

Qeyd edilir ki, ölkənin şərqindəki Furnas gölündəki uçurum nəticəsində 20-yə yaxın adam itkin düşüb. İlkin məlumatda qeyd edilir ki, hadisə nəticəsində daha 34 nəfər yaralanıb, yaralılar yerli tibb müəssisələrinə aparılıb.

Ümumilikdə, qayıqlarda təxminən 70 nəfər olub. Ərazidə dalğıclar işləyir. 

Güclü eroziyaya uğramış qayaların uçmasına bölgədə güclü yağış səbəb olub.

08.01.2022.23:50

Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığındakı qaya turistlərin olduğu qayıqların üzərinə aşıb.

"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində azı iki nəfər ölüb, 34 nəfər yaralanıb və yerli tibb müəssisələrinə aparılıb.

Ümumilikdə, qayıqlarda təxminən 70 nəfər olub. Ərazidə dalğıclar işləyir.

Məlumata görə, güclü eroziyaya uğramış qayaların uçmasına bölgədə güclü yağış səbəb olub.

Son xəbərlər

Orphus sistemi