Braziliyada iki altımərtəbəli bina uçub, 5 nəfər ölüb, 10 nəfər yaralanıb

Digər ölkələr
  • 13 aprel, 2019
  • 07:30
Braziliyada iki altımərtəbəli bina uçub, 5 nəfər ölüb, 10 nəfər yaralanıb

Braziliyada iki altımərtəbəli yaşayış binası uçub. 

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Rio-de-Janeyro şəhərinin Muzema rayonunda qeydə alınıb. 

Nəticədə 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb, təxminən, bir o qədər də insan itkin düşüb. 

Hazırda xilasetmə əməliyyatları davam edir.

Meriyadan hər iki binanın qanunsuz tikili olduğu bildirilib. 

Qonşuluqda yerləşən yaşayış binaların sakinləri uçqun təhlükəsi ilə əlaqədar təxliyyə olunublar.