Braziliyada həbsxanadan 14 məhkum qaçıb

Braziliyada həbsxanadan 14 məhkum qaçıb Qaçanlardan hələlik heç biri tapılmayıb
Digər ölkələr
23 Yanvar , 2017 04:05
Braziliyada həbsxanadan 14 məhkum qaçıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Braziliyada 14 məhkum həbsxanadan qaçıb.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.

Məlumata görə, hadisə ölkənin mərkəzi hissəsində, Qoyas ştatında qeydə alınıb. Belə ki, məhkumlardan biri gözlənilmədən həbsxana nəzarətçilərinə hücum edərək onun silahını əlindən alıb. Bundan sonra isə digər nəzarətçidən penitensiar müəssisənin qapısını açmağı tələb edib.

Həbsxanadan qaçan məhkumlardan hələlik heç biri tapılmayıb.

Bu, 2017-ci ilin əvvəlindən Braziliya həbsxanasında baş vermiş ilk hadisə deyil. Belə ki, yanvarın 1-də Amazonas ştatının Manaus şəhərindəki islah müəssisəsində irimiqyaslı qiyam baş verib. İki cinayətkar qruplaşması arasında baş vermiş qarşıdurma nəticəsində 50-dən çox adam ölüb.

Bundan sonra Braziliyanın dövlət orqanları həbsxana müəssisələrində islahat proqramını elan ediblər.

Lakin buna baxmayaraq, Cənubi Amerikanın bu ölkəsindəki həbsxanalarda vəziyyətə tam nəzarət etmək mümkün olmayıb. Belə ki, yanvarın 6-da Rorayma ştatındakı bəsxanada daha 33 məhkum ölü vəziyyətdə tapılıb.

Yanvarın 14-də Riu-Qrandi-du-Norti ştatındakı böyük həbsxanada isə növbəti qiyam baş verib. Buradakı qarışıqlıqlar zamanı 26 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi