Braziliyada COVID-19 kabusu davam edir

Braziliyada COVID-19 kabusu davam edir Braziliyada artıq üç gündür ki, koronavirusa yoluxanların sayı 32 mindən çox olur.
Digər ölkələr
25 Sentyabr , 2020 08:09
Braziliyada COVID-19 kabusu davam edir

Braziliyada artıq üç gündür ki, koronavirusa yoluxanların sayı 32 mindən çox olur.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 32 817 nəfər olub.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 831 nəfər ölüb. Bununla ümumi ölüm sayı 139 808 min nəfərə yüksəlib.

Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 4 657 702 yoluxma aşkar edilib.  

Son xəbərlər

Orphus sistemi