Braziliyada COVID-19-dan ölənlərin sayı 204 mini ötdü

Braziliyada COVID-19-dan ölənlərin sayı 204 mini ötdü Braziliyada yeni növ koronavirus infeksiyasından ölənlərin sayı artmaqda davam edir.
Digər ölkələr
13 Yanvar , 2021 02:34
Braziliyada COVID-19-dan ölənlərin sayı 204 mini ötdü

Braziliyada yeni növ koronavirus infeksiyasından ölənlərin sayı artmaqda davam edir.

Bu barədə “Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, təkcə son bir gün ərzində 1 110 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 204 690 nəfərə çatıb.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 195 637 nəfərə çatıb, son 24 saat ərzində 62 025 şəxsin COVID-19 testi müsbət olub. Müalicə alan 7 273 707 pasiyent sağalıb, aktiv xəstə sayı isə 717 240 nəfərdir.

Son xəbərlər

Orphus sistemi