Braziliyada COVID-19-a yoluxanların sayı 162 mini keçib

Braziliyada COVID-19-a yoluxanların sayı 162 mini keçib Braziliyada koronavirusa yoluxanların sayı kəskin artıb.
Digər ölkələr
11 May , 2020 02:33
Braziliyada COVID-19-a yoluxanların sayı 162 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı kəskin artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində 6 760 nəfərin koronavirus testi müsbət nəticələnib. Bununla da ölkədə COVID-19-a yoluxan şəxslərin sayı 162 699 nəfərə çatıb.

Bundan başqa, koronavirusun yaratdığı xəstəlikdən müalicə alan 11 123 nəfər ( son 24 sat ərzində 496 nəfər) dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi