Braziliyada bir gündə virusa 55 mindən çox yoluxma olub

Braziliyada bir gündə virusa 55 mindən çox yoluxma olub Braziliyada koronavirusa yoluxmailə bağlıtəsdiq edilmiş halların sayıbir gün ərzində 55 min155 nəfər olub.
Digər ölkələr
212
13 Avqust , 2020 04:30
Braziliyada bir gündə virusa 55 mindən çox yoluxma olub

Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 55 min 155  nəfər olub.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 1 175 nəfər ölüb. Bununla ümumi ölüm sayı 104 min 201 nəfərə yüksəlib. Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 164 785 yoluxma aşkar edilib.   

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Orphus sistemi