Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb Bakı. 22 fevral. REPORT.AZ/ Yanvarın 25-də Braziliyanın cənub-şərqində bəndin dağılması nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb.
Digər ölkələr
22 fevral 2019 03:46
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb

Bakı. 22 fevral. REPORT.AZ/ Yanvarın 25-də Braziliyanın cənub-şərqində bəndin dağılması nəticəsində ölənlərin sayı 176 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı faciənin baş verdiyi Minas-Jerays ştatının mülki müdafiəsinə istinadən UOL informasiya portalı məlumat yayıb.

Bildirilir ki, ölənlərin hamısının şəxsiyyəti artıq müəyyən edilib. Son məlumatlara görə, itkin düşənlərin sayı 134 nəfər təşkil edir.

Orphus sistemi