Böyük Britaniyada rekord miqdarda heroin ələ keçirilib

Digər ölkələr
  • 04 sentyabr, 2019
  • 02:32
Böyük Britaniyada rekord miqdarda heroin ələ keçirilib

Böyük Britaniya hüquq-mühafizə orqanları rekord miqdarda narkotik maddə heroin ələ keçiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, narkotiklər Felikstouv limanında "MV Gibraltar" konteynerində tapılıb.

Müsadirə edilən 1,3 ton narkotik vasitə dəsmal və xalatların içərisində olub.

Həmin yükün ümumi bazar qiyməti 120 milyon funt sterlinqdən çoxdur. 

Son xəbərlər

Bütün Xəbər Lenti