Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib

Digər ölkələr
  • 23 avqust, 2018
  • 06:33
Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib

Bakı. 23 avqust. REPORT.AZ/ Böyük Britaniyanın Çeşir qraflığında "Essar Oil UK" şirkətinin neft emalı zavodunda yanğın baş verib. 

“Report” BBC-yə istinadən xəbər verir ki, müəssisənin yüzlərlə işçisinin təxliyyə olunduğu bildirilir. 

Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. 

Xəbərdə qeyd olunur ki, zavodda Böyük Britaniyanın mühərrik yanacağının 16 faizi istehsal olunur. 

Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

44 - Tezliklə