Böyük Britaniyada koronavirusa yoluxanların sayı 100 mini ötdü

Digər ölkələr
  • 16 aprel, 2020
  • 13:48
Böyük Britaniyada koronavirusa yoluxanların sayı 100 mini ötdü

Böyük Britaniyada son sutkada 861 nəfər COVID-19-un qurbanı olub.

“Report” xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 13 729-a çatıb. Yoluxma faktlarının sayı daha 4 618 artaraq 103 093-ə yüksəlib.

Bildirilib ki, yeni ölüm faktlarının əksəriyyəti İngiltərədə qeydə alınıb – 740.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 102 000-i ötüb. Bunların 525 439 nəfəri sağalıb, 136 119 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti