Böyük Britaniyada koronavirus qurbanlarının sayı artdı

Digər ölkələr
  • 19 mart, 2020
  • 16:23
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artdı
24 kanal

Böyük Britaniyada COVID-19 virusundan ölənlərin sayı son 24 saat ərzində 24 nəfər artaraq 128-ə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hökumətin elmi məsələlər üzrə baş müşaviri Patrik Vallansın dəyərləndirməsinə görə, ölkədə yoluxanların sayı hazırda on minlərlə ola bilər. Parlamentdə nitqi zamanı suallara cavab verən müşavir koronavirusdan 20 minədək ölən olarsa, hökumətin bunu uğurlu nəticə hesab edəcəyini qeyd edib.