Britaniyada istilər səbəbindən məktəblər bağlanıb və ictimai tədbirlər ləğv edilib
Digər ölkələr
- 18 iyul, 2022
- 15:13
Böyük Britaniya sakinləri ölkənin bir sıra bölgələrində anomal istilərə hazırlaşır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkədə yüksək temperatur - 39 dərəcəyə qədər isti gözlənilir.
Bu həftənin sonunda isə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Böyük Britaniya tarixində ilk dəfə istilər səbəbindən təhlükənin ən yüksək səviyyəsi – qırmızı xəbərdarlıq elan edilib.
Sakinlər mümkün qədər evdə qalmağa, həm şəxsi nəqliyyat, həm də qatarla səyahət etməkdən çəkinməyə çağırılıb.
Anomal istilər üzündən ölkənin bəzi bölgələrində, xüsusən də Nottinqhemşir və Hempşir qraflıqlarında məktəblər bağlanıb. Bundan əlavə, Lankaşirdə at yarışı, Berkşirdə isə parad kimi, müxtəlif ictimai tədbirlər ləğv edilib.
Son xəbərlər
21:33
Suriya qoşunları Hələbdə üsyançılarla atəşkəsə nail olublar
Digər ölkələr21:13
İranın briqada generalı: 12 günlük müharibə zamanı ölkədə 2 min casus saxlanılıb
Region20:58
Foto
Cevdet Yılmaz Bakıda TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Region20:58
Türkiyə Somalidə Hərbi Hava Qüvvələri Komandanlığı yaradır
Digər ölkələr20:51
Ukrayna MSK dövlət seçici reyestrinin fəaliyyətini bərpa edib
Digər ölkələr20:41
Foto
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Xarici siyasət20:29
Gürcüstan və Türkiyənin daxili işlər nazirləri gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB
Region20:15
Ərdoğan Livan Prezidenti ilə regional məsələləri müzakirə edib
Region20:08
Foto