Böyük Britaniya Yəmənə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib

Böyük Britaniya Yəmənə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib Bakı. 19 noyabr. REPORT.AZ/ Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına Yəmənə dair qətnamə layihəsini təqdim edib.
Digər ölkələr
19 Noyabr , 2018 20:59
Böyük Britaniya Yəmənə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına Yəmənə dair qətnamə layihəsini təqdim edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Niderlandın BMT-də daimi nümayəndəsi Karl Van Osterom jurnalistlərə bildirib.

Daha əvvəl Yəmən hökuməti bu ölkədə daxili münaqişənin həll olunması üçün keçiriləcək danışıqlarda iştirak etməyə razılıq vermiş, eyni zamanda BMT-nin xüsusi elçisi Martin Griffitsi danışıqlara qeyd-şərtsiz qoşulmaları üçün husi qiyamçılarına təzyiq göstərməyə çağırmışdı.

Xatırladaq ki, Yəməndə hökumətlə husi qəbiləsinin təmsil olunduğu “Ənsarullah” şiə hərəkatı arasında daxil münaqişə 2014-cü ildən davam edir. 2015-ci il mart ayından hökumət tərəfində bu münaqişədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası da iştirak edir.

Son xəbərlər

Orphus sistemi