Yuxarı

Böyük Britaniya parlamenti Suriya mövzusunu müzakirə edəcək

Devid Kemeron hesab edir ki, bu sənəd Suriyalı miqrantların Avropaya yönəlməsinin qarşısını alacaq

Bakı. 6 sentyabr. REPORT.AZ/ Böyük Britaniya parlamenti cari ilin oktyabr ayında İraqla yanaşı Suriyada da terrorçu İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatların keçirilməsinə dair razılıq sənədini müzakirə edəcək.

"Report" "Sunday Times" qəzetinə istinadən xəbər verir ki, baş nazir Devid Kemeronun təşəbbüsü ilə hazırlanan bu sənəd Suriyalı miqrantların Avropaya yönəlməsinin qarşısını almalıdır. Ən azından britaniyalı nazirlər belə hesab edir.

"İŞİD-lə və problemlərin əsas qaynağı olan Bəşər Əsəd rejimi ilə bağlı sözümüzü deməliyik. İnsanların həyatı ilə oynayan və onları qətl edən cinayətkar qüvvələrə qalib qəlməliyik", - deyə Kemeron vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya höküməti ötən gün 15 min suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi