Böyük Britaniya Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiyaya qoşulacaq.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın
Müdafiə naziri Ben Uolles gəmilərini “hüquqa zidd qəsdlərdən” qorumağa hazır olduqlarını açıqlayıb.
Böyük Britaniyanın İranın nüvə silahlarına dair sazişlə bağlı mövqeyinin dəyişməz olduğu bildirilib.
“Biz vəziyyəti yoluna qoymaq və nüvə sazişini qoruyub saxlamaq üçün İranla və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq məramına əvvəlki kimi sadiqik”, – Böyük Britaniyanın xarici işlər katibi Dominik Raab vurğulayıb.