Bosniya və Herseqovinada meşə yanğınları davam edir
Digər ölkələr
- 30 may, 2026
- 16:54
Bosniya və Herseqovinada dünən başlayan meşə və otlaq yanğınları davam edir, hərbi helikopterin dəstəyi istənilib.
"Report"un Balkan bürosu xəbər verir ki, yanğın mayın 29-u günorta saatlarında Bosniya və Herseqovinanın Yablanitsa qəsəbəsi yaxınlığında yerləşən Pisvir bölgəsində şam meşəsində başlayıb.
Yablanitsa Yanğından Mühafizə Bölməsinin əməkdaşları ötən gün saat 14:30-dan 21:00-dək alovla mübarizə aparsalar da, yanğının baş verdiyi ərazinin əlçatan olmaması səbəbilə yanğın hələ də davam edir.
Məlumata görə, hazırda ölkənin Silahlı Qüvvələrinə məxsus helikopterin cəlb olunması ilə bağlı müraciət edilib.
Səlahiyyətli qurumlar ölkə ərazisində yanğınların nəzarət altına alınması istiqamətində işlərin davam etdirildiyini bildiriblər.
Son xəbərlər
10:18
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Sənaye10:17
Azərbaycanda geoloji kəşfiyyat aparılan ərazilər 15 000 km²-ə çatdırılacaq
Sənaye10:13
Foto
Azərbaycan Çexiya ilə iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib
İnfrastruktur10:13
Misirli voleybolçu Elsayed Emam karyerasını Azərbaycanda davam etdirəcək
Komanda10:12
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Sənaye10:06
CAR-da atışma zamanı 11 nəfər ölüb, 3 nəfər yaralanıb
Digər ölkələr10:05
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
Fərdi09:53
Elm və Təhsil Nazirliyi "OpenAI" ilə Anlaşma Memorandumu imzalayıb
Elm və təhsil09:50