Borrell: “Mariupolda vəziyyət dəhşətlidir”
- 02 may, 2022
- 00:14
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı baş tutub.
“Report”un məlumatına görə, Borrel bu barədə özünün tviter hesabında yazıb.
“Dmitri Kuleba ilə Aİ-nin Ukraynaya davam edən yardımını müzakirə etmək üçün danışdım. Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində iş davam edir. Qarşıdan gələn Aİ-Ukrayna Əməkdaşlıq Şurası əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün əsas məqam olacaq ”, - tvitdə bildirilib.
Eyni zamanda Borrell bildirib ki, Mariupolda vəziyyət dəhşətlidir, təcili humanitar evakuasiyaya ehtiyac var”.
Call w/@DmytroKuleba to discuss continued EU support to #Ukraine
— Josep Borrell Fontelles (@JosepBorrellF) May 1, 2022
Work is ongoing on the next package of sanctions
EU-Ukraine Association Council will be a key moment to advance even further our partnership
Situation in Mariupol is appalling, humanitarian evacuations urgent.