"Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" Partiyası və Demokratik Qüvvələr Birliyinin (GERB) koalisiyası Bolqarıstanda erkən parlament seçkilərində xalqın 25 % səsini toplayaraq qalib gəlir.
“Report” xəbər verir ki, bunu “Gallup International” şirkətinin Bolqarıstan Milli Televiziyasının efirində seçki komissiyalarının protokollarının 90 % -nin paralel hesablanması əsasında təqdim olunan məlumatları sübut edir.
İkinci yeri seçicilərin 14,2 %-nin səs verdiyi "Dəyişiklikləri davam etdiririk" Partiyası və "Demokratik Bolqarıstan" koalisiyası tutur. "Dirçəliş" Partiyası 14 % səslə üçüncü yerdə qərarlaşıb. Siyahıda onların ardınca "Hüquq və Azadlıqlar uğrunda Hərəkat - yeni başlanğıc" koalisiyası 10,3 %, "Hüquq və Azadlıqlar uğrunda Alyans" koalisiyası - 8,6 %, "Bolqarıstan Sosialist Partiyası - Birləşmiş sollar" bloku - 8,1 %, "Belə xalq var" Partiyası - 6,9 % və "Qılınc" Partiyası - 4,8 % qərarlaşıb. "Böyüklük" Partiyasının 3,9 % dəstəyi var və indiyə qədər 4 %-lik seçki maneəsini aşmayıb.
Ekspertlər hesablayıblar ki, növbədənkənar seçkilərdə seçki fəallığı 36 % təşkil edib ki, bu da 2024-cü ilin iyununda keçirilən seçkilərdən 3,5 % çoxdur. Onların fikrincə, 240 nəfərlik parlamentdə davamlı çoxluq yaratmaq və müvafiq olaraq davamlı, səmərəli işləyən hökumət yaratmaq şansı azdır.