Yuxarı
    Bağlamaq

    Bolqarıstanda yüngül motorlu təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

    Qəzanın səbələri hələlik müəyyən edilməyib, araşdırma aparılır

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Bolqarıstanın Sofiya vilayətinin Kostenets yaşayış məntəqəsi yaxınlığında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

    "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

    Hadisə yeri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qorunur. Qəzanın səbəbləri hələlik müəyyən edilməyib, araşdırma aparılır.

    "Nova" telekanalı bildirib ki, ölənlər 30-a yaxın yaşı olan iki qardaşdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi